Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Bütün gənclərimizi idmanla məşğul olmağa dəvət edirəm"



Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz».

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.

Azərbaycan polisinin fiziki hazırlığının təkmilləşməsin ölkədə idmanın inkişafında, sağlam gənc nəslin formalaşmasında, respublikamızın dünyanın idman ölkələrindən biri kimi tanınmasında böyük rol oynayır.

Bölgələrimizdə də polislə vətəndaş münasibəti, ictimai asayışin təmin olunması günün prioritet məsələlərindəndir. Elə bugünkü həmsöhbətimiz də bölgələrimizdə ictimai asayişin keşiyində dayanan Azərbaycan polisinin nümayəndəsidir. Ziya İbrahimov - Şamaxı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru, kikboksinq üzrə respublika çempionu.

- Son zamanlar gənclərimizin idmana olan marağı xeyli artıb. Burada dövlətimizin müstəsna rolu var. Deyərdim ki, cəmiyyətimizin sağlam formalaşmasında idman aparıcı rol oynayir. Bugünkü gənclərimiz şəhid Milli Qəhramanımız Mübariz İbrahimovu tanımaqla, oxumaqla formalaşır.

Hazırda idman federasiyaları müxtəlif yarışların təşkili ilə öz işini təkmilləşdirir. Federasiyalar hər yarışda yeni idmançılar aşkar edir. Zaman keçdikcə isə, bu gənclər Azərbaycanımızı beynəlxalq arenalarda layiqincə təmsil edir. Məncə, kikboksinq federasiyası da öz işini mükəmməl qurub. Federasiyası sanki qarşısına qoyduğu məqsədə addım-addım gedir. Bu işlərdə federasiyanın prezidenti Adil müəllimə də uğurlar arzulayıram.

Cənab Prezident İlham Əliyevin idmana olan diqqəti də bütün dünyaya məlumdur. Prezidentimiz idmançıların dostudur.

Bizim peşəkar idmanla məşğul olduğmuz vaxtlarda daxili imkanlarımıza görə yarışlar da olurduq. O vaxtlar indiki şərait yox idi. Elə yarışlar olurdu ki, qaliblərə verməyə heç diplom olmurdu. Ancaq indi şərait tam başqadı.

Özüm kikboksçu olduģum üçün bu yarışlara xüsusi diqqətlə yanaşıram. Vaxtım olanda da bir tamaşaçı kimi yarışları izləyirəm. Belə olanda bir növ dincəlirəm.

Biz polislər şərəfli və çətin peşə sahibləriyik. Polisin özəyi də etibarlı, peşəkar fiziki hazırlıqlı gənclərimizdir. Polis əməkdaşlarının fiziki hazırlıq məsələsi daim nazirimiz cənab Ramil Usubovun diqqətindədir. Belə ki, şəxsi heyətin formalaşmasında cənab nazirin özü şəxsən iştirak edir.

Fürsətdən istifadə edib bütün gənclərimizi idmanla məşğul olmağa dəvət edirəm. Pis vərdişlərdən uzaq olsunlar. Daim ailələrinin və dövlətimizin dayağında olsunlar.

Alxas Məmmədov


Facebook-da paylaş