Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




“Erməni idmançısına Azərbaycan oğlunun yumruğunun gücünü göstərmişəm”



Amin Quliyev 2005-ci ildə Bakıda anadan olub. 2014-cü ilə qədər atasının da məsləhəti ilə müxtəlif idman növlərində özünü sınayan Amin, nəhayət 15 oktyabr 2014-cü ildə kikboksla məşğul olmağa qərar verib.

Beləliklə, bu tarixdən etibarən dünya şöhrətli idmançımız Eduard Məmmədovun rəhbərliyi ilə kikboks məşqlərinə başlayıb.

Çox qısa bir müddətdə özünü yaxşı tərfədən göstərən Amin 6 aydan sonra müntəzəm olaraq yarışlara qatılıb. Müxtəlif yarışlarda komandasının adına uğurlara imza atıb.

Ən yaddaqalan uğuru isə 2016-cı ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında çempion adını qazanması olub.

Bundan sonra ardıcıl olaraq 2017-ci ildə həm İtaliyanın Karrara şəhərində, həm də Portuqaliyada kikboksun WAKO versiyası üzrə yeniyetmələr arasında dünya çempionu tituluna yiyələnib.

Eyni zamanda 2018-ci ildə WAKO versiyası üzrə yeniyetmələr arasında dünya çempinatında ölkəmizi təmsil edib.

Bu çempionatda da 5 döyüş keçirən Amin bütün rəqiblərini məğlub edib, bayrağımızı layiqincə təmsil edərək, himnimizi səsləndirib.

Amin deyir ki, “bu döyüşlərdən ən yaddaqalanı erməni idmançısıyla olan döyüşümdü. Mən erməni idmançısına Azərbaycan oğlunun yumruğunun gücünü göstərmişəm. Qazandığım nailiyyətlərimə görə, məğqçim Eduard Məmmədova minnətdarlığımı bildirirəm. Onun tələbkar məşqçiliyi sayəsində mən 3 qat Dünya, 3 qat Avropa və 3 qat Azərbaycan çempionu olmuşam.

Eyni zamanda Kikboks Federasiyasının prezidenti, millət vəkili cənab Adil Əliyevə, vitse-prezident Güloğlan Cabbarova minnətdarlığımı bildirirəm”.


Qeyd edək ki, hazırda Təranə Məmmədovanın direktoru olduğu Bakı şəhəri 308 saylı orta məktəbin VIII sinfində oxuyan Amin məktəbdə də xüsusi davranışı və tərbiyəsi ilə seçilən şagirddi. Sinif rəhbəri isə Səadət Rzayevadı. Amin fürsətdən istifadə edib müəllimlərinə də “çox sağ olsunlar” deməyi unutmadı.

Alxas Məmmədov












Facebook-da paylaş