Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qisas hissimiz hələ də içimizi parçalayır"

"Qisas hissimiz hələ də içimizi parçalayır"

Son zamanlar bölgələrdə idmana olan diqqət və qayğı gənclərimizin bu sahəyə olan marağını daha da artırmışdır. Bu işdə olimpiya idman komplekslərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ancaq bəzi olimpiya idman kompleksləri var ki, texniki təchizatı və iş üslubuna görə digərlərindən fərqlənir. Belə komplekslərdən biri də Şamaxı Olimpiya İdman Kompleksidir.

Kompleksin əməkdaşı Sadiq Quliyevlə söhbətimiz də burada olan xidmətlər və yeniliklər barədə oldu.

- Hazırda Şamaxı Olimpiya İdman Kompleksi öz dinamik inkşafını yaşayır. Kompleksdə müxtəlif idman bölmələri fəaliyyət göstərir və artıq bölmələrin sayı 8-ə çatdırılıb.

Burada taekvondo, futbol, kikboks, güləş, trenajor, qadınlar üçün fitnes, üzgüçülük və ən əsası tir güllə atıcılığı bölmələri fəaliiyət göstərir.

Atıcılıq bölməsinin yaradılması təklifi taekvondo üzrə məşqçimiz Alxas müəllimdən gəlib. Rəhbərlik də bunu nəzərdən keçirdi, sonra isə dəyərləndirib həyata keçirdi və bunun üçün xüsusi yer ayrıldı, silahlar alındı. Bunu Şamaxı Olimpiya İdman Kompleksi rəhbərliyinin rayonun vətənpərvər gənclərinə olan bir hədiyyəsi kimi də dəyərləndirmək olar.

Biz hazırda müharibə şəraitində yaşayırıq. Əli silah tutan hamı hər an Ali Baş Komandanın çağırışına hazır olmalıdır. Şəxsən mən bu əmri gözləyirəm.
Mənim və mənim kimi gənslərin hələ də vətən borcumuz qalıb. Qisas hissimiz hələ də içimizi parçalayır.

Bölgələrdə belə bölmələrin yaradılması həyati əhəmiyyət daşıyır. Kompleksdə belə bir şərait yaradılıb. Gəlin, hamımız bundan yararlanaq. Bizim qisas borcumuz var, unutmayaq bunu.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi







Facebook-da paylaş

Xəbəri paylaş