Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Müxtəlif idman növləri - yaxşı nəticə



Orxan Hacıyev 22 iyul 1991-ci ildə Şamaxı şəhərində anadan olub. 1998-2009-cu illərdə orta təhisl alıb. Məktəbi bitirdikdən sonra 2009-cu ilin aprel ayından Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Xidmət dövründə snayper manqa komandiri olub. Nümunəvi əsgər kimi hərbi hissə tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb. 2010-cu ildə hərbi xidməti bitirdikdən sonra Rusiyanın Ryazan şəhərində S.Y.Vitte adına Moskva Universitetinin (Московский университет имени С.Ю.Витте) hüquq fakültəsinə qəbul olub və 2016-cı ildə universiteti bitirib.

Orxan həm də, 2001-2009-cu illərdə məşqçi Bəhlul Əliosmanovun rəhbərliyi altında cüdo və sambo idman növü ilə məşğul olub.

2016-cı ilin noyabr ayından Şamaxı şəhərində Grappling və MMA döyüş növlərindən dərslər keçməyə başlayıb. 2017-ci ildə AMMA MMC-yə daxil olub və ilk müəllimlik sertifikatı alıb. Bundan sonra isə 2018-ci ildə AFMC, ULTİMAX və ALPAQUT Federasiyalarının Şamaxı rayonundakı nümayəndəsi təyin olunub.

2017-ci ildə AMMAC-ın keçirdiyi PBP Avrasiya turnirində tələbələrindən 3 nəfəri 2-ci yerə layiq görülür - Vüsal Dəmirov, Alim Abuzərov və Nadir Allahverdiyev.

2018-ci ildə AFMC-nin keçirdiyi Bakı açıq çempionatinda tələbələri MMA, Shoot fight və Grappling üzrə 4 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Onlardan Nadir Allahverdiyev MMA və Grappling üzrə 2-ci yer, Abbas Yusif MMA və Shoot fight üzrə 1-ci yer, Natiq Əliyev MMA üzrə 2-ci yer və Grappling üzrə 3-cü yer, Səbuhi Əliyev Grappling üzrə 1-ci yer, İbad Allahquluzdə Grappling üzrə 1-ci yer, Nail Əmirov Grappling üzrə 1-ci yer.

Bir neçə gün bundan əvvəl, avqust ayının 5-də isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş AFMC-nin təşkil etdiyi KUBO Avrasiya turnirində tələbələri 1 qızıl, 3 gümüş medal qazanıblar - Səbuhi Əliyev 1-ci yer, Natiq Əliyev 2-ci yer, İbad Allahquluzdə 2-ci yer və Nail Əmirov 2-ci yer.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi







Facebook-da paylaş

Xəbəri paylaş