Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Məşqlərimi mütəmadi davam etdirmək üçün lazımı imkanlarım var"



Babək Manafov 1992-ci ildə Şamaxı şəhərində anadan olub. M.K.Veyisov adına 6 saylı məktəbin məzunudur.

Taekvondo idman növü üzrə məşğul olan Babək, hazırda qara kəmərə namizəd olan idmançıdır. Bir çox rayon və respubilka səviyyəli turnirlərin mükafatçısıdır.

2008-ci ildən karate qocyu-ryu idman növü üzrə tanımış məşqçilərdən olan Tanrıverdi Allahverdiyevin rəhbərliyi altında məşqlərə başlayıb.

Elə həmin il bu idman növü üzrə respubilka mükafatçısı olub. 2010-ci ildə Ukrayna Respubilkasında təşkil olunan kempo karate idmanı üzrə dünya cempionatında II yere layiq görülüb. Karate qocyu-ryu üzrə qara kəmərə namizəddir. İdmançı olduğu üçün əsgəri xidməti zamanı kəşfiyyat bölüyündə xidmətdə olub.

Babək deyir ki, bu səviyyəyə gəlib çatmağımda dayıma və müəllimlərimə borcluyam. Çünki onların üzərimdə əməyi çoxdur. Bir müddət işsiz qalmışdım və buna görə də həm bir gənc, həm də bir idmançı kimi müəyyən çətinliklərlə üzləşirdim. Elə buna görə də Şamaxı Olimpiya Mərkəzinə işlə bağlı müraciət etdim. Rəhbərlik də bu müraciətimi və idmançı olduğumu nəzərə alıb məni mərkəzin mühafizə bölməsində işlə təmin etdi. Buna görə bütün rəhbər heyətə, xüsusən Səbuhi müəllimə öz minnətdarlığımı bildirirəm. Artıq həm işləyirəm, həm də məşqlərimi mütəmadi davam etdirmək üçün lazımı imkanlarım var.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş