Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Gənclərimizi sağlam və intellektli görmək istəyirəm”

“Gənclərimizi sağlam və intellektli görmək istəyirəm”

Ruslan Qasımov 9 sentyabr 1986-cı ildə Şamaxı şəhərində anadan olub. 1993-cü ildə Şamaxı şəhər 2 saylı orta məktəbə qəbul olunub və 2004-cü ildə məktəbi bitirib.

Şamaxının gənc fəallarından sayılır. Bir neçə ictimai layihənin müəllifidir. Gələcək nəslin "Sağlam intellektual gənclərin inkişafı" layihəsi 2 mərhələdən ibarət olaraq, respublika səviyyəli layihəyə çevrilmişdir. Hazırda Ukrayna Respublikasında təhsilini davam etdirir.

Ruslan Qasımovla görüşüb bugünkü gəncliyin vəzifələrindən, idmana olan marağından və gənclərin cəmiyyətə verdiyi töhfədən danışdıq.

- Ruslan müəllim, sizcə, bir gəncin intellektual inkişafı üçün idmanın rolu nədən ibarətdir?

- Azərbaycan idman dövlətidir. Fikrimcə, bugünkü gəcnliyin cəmiyyətə verdiyi töhfəni yüksək qiymətləndirmək lazımdı. Çünki hazırda gənclərimiz dövlətin bir çox yüksək vəzifələrində təmsil olunurlar. Bu da gəncliyimizin düzgün yolda olduğundan xəbər verir. Mənim özümün də bir çox idman növlərinə marağım var.

- Sizcə, hansı idman növü gənclərin intellektual inkafında rol oynayır?

- Fikrimcə, şahmat. Ona görə ki, şahmat insanı həm idman aləminə inteqrasiyasını asanlaşdırır, həm də zehni fəaliyyətini artırır.
Şahmat ilə məşğul olan insanların intellektual səviyyəsi çox yüksək olur. Bizə də intellektual gənclər lazımdır ki, gələcək nəsillər sağlam ruhlu olsun. Cəmiyyətimiz hər zamankı kimi inkişaf etsin və adı bundan sonra da ideal cəmiyyətlər sırasında çəkilsin.

- Bilirik ki, bir çox layihələrə imza atmısınız. Hansısa idman layihəsində istirak etmək fikriniz olubmu?

- Bu suala mən belə cavab verərdim. Yeni layihələrdə idman və intellekt mövzusu olacaqsa, mən o layihələrdə olacam.
"Azərbaycanın qoruyucu gücləri" adlı bir idman layihəsi olsaydı burada məmnuniyyətlə iştirak edərdim. Çünki bugünkü bir çox gənclər kimi mən də vətənpərvər və dövlətimi sevənlərdənəm.
Bu idman lahiyəsi ondan ibarətdir olardı ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının vacibliyini, uşaq və gənclərin idmana və döyüş hazırlığının yüksəldilməsi yönündə layihə ola bilər. Bu idman layihəsində psixoloji dərslər də keçmək olar.

Hamı kimi mən də gənclərimizi sağlam və intellektli görmək istəyirəm. Sağlam bədəndə sağlam ruh və düşüncə olar. Sağlam düşüncə isə bizim gələcək vətənpərvər əsgərlərimizdi.

Əliqasım Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş