Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İdmanın otelçilik işində böyük əhəmiyyəti var"

"İdmanın otelçilik işində böyük əhəmiyyəti var"

Rüstəm Abbasov 5 yanvar 1994-cü ildə Göycay rayonunda anadan olub. Göycay şəhər 9 saylı orta məktəbini bitirib və həqiqi hərbi xidmətdə olub.

Hazırda Şamaxı Olimpiya İdman Kompleksi otelinin qəbul bölməsində (reception) işləyir. Formula 1 həvəskarı olan Rüstəm otel işçisi ilə idman arasındakı bağlılıq haqqında fikirlərini bildirdi:

Fikrimcə, otelin qəbul bölməsində işləyən bir işçi kimi həmişə yaxşı formada olmalısan. Adətən oteldə dincəlməyə gələn müştərilər otelin onlara tövsiyə etdiyi idman növləri ilə maraqlanır. Bu baxımdan məncə, idmanın otelçilik işində böyük əhəmiyyəti var. Son zamanlar Şamaxı Olimpiya İdman Kompleksində aparılan qiymət siyasətinə görə otelimizə müştəri axını var. Digər otellərə görə, vətəndaşların normal istirahəti və rahatlığı üçün bizdə qiymətlər çox aşağı salınıb. Təklif olunan tariflər müştərilərin diqqətini cəlb edir. Deyərdim ki, kompleksin turizm potensialı da çox yüksəkdir. Məsələn, üzgücülük kimi çox vacib idman növünün 1 saatı cəmi beş manatdır. Burada bizə müraciət edənlər tək turistlər deyil, eyni zamanda yerli əhalimizdən də sifarişlər qəbul edirik.


Facebook-da paylaş

Xəbəri paylaş