Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc idman müəlliminə böyük etimad



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Müasir idmanda dəyərlər, ənənələr və innovasiyalar" mövzusunda tələbə və magistrantların elmi-praktiki konfransı keçirilib.

2 gün davam edən konfransda tələbələr akademiyanın akt zalında rektor, professor-müəllim heyəti önündə öz çıxışlarını ediblər. Konfransın sonunda aparılan qiymətləndirmələrə əsasən 1, 2 və 3-cü yerlərə layiq iştirakçılar müəyyən edilərək akademiyanın rektoru Fuad Hacıyevin, eyni zamanda tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadənin imzası olan sertifikatlar təqdim olunaraq təltif olunublar.

Belə ki, "Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması" bölməsi üzrə ƏN YAXŞI TƏQDİMATA GÖRƏ 1-ci yerə Nadirov Zahid layiq görülüb.

N.Zahid Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşq və fiziki hazırlıq fakültəsinin "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası" kafedrasının 2-ci kurs magistrantıdır.

O, təqdimatında elmi rəhbəri - dosent Qədimov Rüfət müəllimlə elmi tədqiqat işinə uyğun olaraq "Fiziki tərbiyə müəlliminin peşə fəaliyyətində rastlaşdıqları çətinliklərin tədqiqi" mövzusunda çıxış edib.

Qeyd edək ki, N.Zahid özü həm də Bakı şəhər Sabunçu rayonu 255 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi, eyni zamanda taekvondo idman növü üzrə məşqçi-müəllim kimi çalışır.

Alxas Məmmədov





Gənc idman müəlliminə böyük etimad




Facebook-da paylaş

Xəbəri paylaş