Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bizim hədəfimiz var"



İbrahimov Seymur Sərraf oğlu 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Suraxanı rayon Ə.A.Eyvazov adına 275 saylı tam orta məktəbə qəbul olunub. Oxuduğu müddətdə nümunəvi şagird olub. 2013-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.

Ali məktəbi bitirib, müəllimlərin işə qəbulu imtahanında uğurla iştirak edib. Lerik rayonu ucqar kəndlərindən olan Lərmərud kənd məktəbini yazaraq həmin məktəbə fiziki tərbiyə müəllimi kimi qəbul olub. Sual verəndə ki, "niyə Bakıda yox, məhz kənddə işləməyi üstün tutdun?", - "Bakıda müəllim çoxdur, ucqar kənddə müəllimə daha çox ehtiyyac var və buradakı uşaqlara müəllim daha çox lazımdır, nəinki Bakıdakı uşaqlara" cavabını verdi. İdmana olan marağı uşaqlıqdan olub. 2008-ci ildən cüdo idman növü ilə məşğul olmağa başlayıb.

Akademiyaya daxil olduqdan sonra məşqçiliyə doğru irəliyə addım atıb. Akademiyada oxuduğu müddətdə şəxsi məşqçisinin yanında işləməyə başlayıb. Akademiyanı bitirdikdən sonra da fəaliyyətini hazırda işlədiyi Lerik rayon Lərmərud kəndində davam etdirir. Burada məktəbdən sonra cüdo bölməsi də yaradib və gənc və yeniyetmələrə cüdo üzrə məşqləri keçir. Kənd əhalisninin sosial vəziyyətini nəzərə alaraq məşqləri təmənnasız keçir.

Seymur müəllim deyir ki, Lərmərudda insanlar çox mehriban, qonaqpərvərdilər. İşlədiyi kollektiv isə qənaətbəxşdir. Dərsdən sonra uşaqlarla birlikdə cüdo məşqinə gəlib həvəslə və məqsədyönlü məşqlərimizə başlayırıq, axı bizim hədəfimiz var. Mənə kənddə cüdo bölməsini qurmaqda Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Natiq İsaqov çox köməklik göstərib. Hətta, biz məşqlərə başladığımız iki ay olsa da, Bakıda 9 nəfər idmançı ilə yarışa qatıldıq. İki nəfər idmançımız qızıl, iki nəfər idmançımız gümüş, qalan idmançılarımız isə bürünc medal qazandılar.

Cüdo Federasiyası da gördüyümüz işlərdən məmnun qalaraq, öz diqqət və qayğısını bizdən əsirgəmədi. Regionlarda Cüdonun İnkişaf Komitəsinin sədri cənab Tərlan Poladov ucqar Lərmərud kəndinə gələrək cüdoçularımızla tanış olub, onların şəraiti ilə maraqlandı. Bundan bir müddət sonra Cüdo Federasiyasının baş katibi cənab Elmar Babanlı məni qəbula çağırdı. Elmar müəllim bizim işimizdən razı olduğunu bildirdi və bizə əlindən gələn köməklikləri göstərəcəyini bildirdi.

Elmar müəllim həmçinin məni Lerik rayonunun mərkəzində də cüdonu inkişaf etdirməyim üçün Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqova yazılı məktub da yazdı. Federasiyanın bu diqqəti üçün federasiyamızın prezidenti cənab Rövnəq Abdullayevə, vitse-prezidentimiz cənab Sadıq Sadıqova, baş katib Elmar Babanlıya təşəkkürümü bildirirəm. Mənə öz dəstəyini əsirgəməyənlər arasında millət vəkilimiz Adil Əliyev də var. O, şagirdlərimizlə virtual olaraq maraqlanır, mənim fəaliyyətimi mütəmadi izləyir. İnşallah qismət olsa, yaxınlarda özü ilə də görüşümüz baş tutacaq. Mənə və bölgələrdə idmana dəstək olan hər kəsə təşəkkür edirəm.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş