Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bir həyat romanı" - Alxas Məmmədov



Məmmədov Alxas Əliqasım oğlu 19 mart 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-94-cü illərdə Şamaxı 2 saylı rus dilli orta məktəbində təhsil alıb.
1994-99-cu illərdə Azərbaycan Futuralogiya Beynəlxalq Pedaqoji Akademiyasının Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili alıb.

2002-2006-cı illərdə Şirvan Pedaqoji Texnikumunda təhsilini davam etdirib.

1994-cü ildə ağır atletika üzrə yeniyetmələr arasında Respublika Spartakiyadasının qalibidir.

2007-ci ildə armrestlinq idman növü üzrə Respublika kubokunun mükafatçısı olub.

Taekvondo idman növü üzrə II dan qara kəmər sahibidir. Dəfələrlə Şamaxı və Qobustan rayon İcra Hakimiyyəti və rayon idman idərələri tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

"Qobustan idmanı” adlı kitabın müəllifidir.

Etibar Həsənzadənin "Bir həyat romanı" Alxas Məmmədovun həyatından bəhs edir.

Müxtəlif vaxtlarda "Futuralogiya", "Molla Nəsrəddin", "Əyalət", "Kirpi", "Şəffaflıq" kimi qəzetlərdə məqalələrlə çıxış etmişdir.

Eyni zamanda "Reqion TV"nin bölgə müxbiri vəzifəsində çalışmışdır.

Hazırda BrendSport.az saytı ilə əməkdaşlıq edən A.Məmmədov bir neçə layihənin müəllifidir.

O, həm də "C-43" qısametrajlı filmdə rol alıb.


Facebook-da paylaş

Xəbəri paylaş