Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



6 il ərzində əldə olunan uğurlar



Röya Hacıyeva 07 oktyabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olub. Paytaxtın 230 nömrəli tam orta məktəbini bitirib. 2012-ci ildən olimpiya idman növü olan taekvondo ilə məşğul olmağa başlayıb.

Bu illər ərzində yeniyetmələr arasında keçirilən respublika çempionatında 33 kq çəki dərəcəsində 3-cü yerə, gənclər arasında respublika çempionatında 42 kq 2-ci yerə layiq görülüb. Növbəti il isə elə həmin çəkidə 1-ci yeri tutaraq qızıl medal qazanıb.

Böyüklər arasında respublika çempionatında 46 kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb. Bu il 49 kq çəki dərəcində isə 2-ci olub.

Bununla bərabər ölkədaxili keçirilən yarışlarda medallara layiq nəticələr göstərib.

Gürcüstanda keçirilən yoldaşlıq görüşündə 42 kq çəki dərəcəsində 2-ci yerə, Türkiyənin Kırıkkale şəhərində keçirilən yarışda 42 kq çəki dərəcəsində 1-ci yerə layiq görülüb.

Dağıstanda keçirilən Dərbəndin 2000 illiyinə həsr olunmuş çempionatda 44 kq çəki dərəcəsində çempion olub. 21-25 fevral 2018-ci ildə böyüklər arasında keçirilən respublika çempionatında 49 kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb.

Röya deyir ki, "bizi bu səviyyəyə gətirib çatdıran, üzərimizdə cox böyük əziyyəti olan Bəxtiyar müəllim və Günay müəlliməyə minnətdarlığımızı bildiririk".

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi




Facebook-da paylaş

Xəbəri paylaş