Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Dünya, Avropa və Olimpiya çempionu olmaq istəyirəm"



Pərviz İsgəndərov 30 iyun 2003-cü il tarixində Siyəzən rayonunda anadan olub. Sumqayıt şəhərində böyüyüb və 14 saylı məktəbdə təhsil almağa başlayıb. Hazırda həmin məktəbin VIII b sinfində təhsilini davam etdirir.

2013-cü il noyabr ayından olimpiya idman növü olan taekvondo ilə məşğul olmağa başlayıb. 2016-cı ildə Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə, gənc və böyüklər arasında klublararası Avropa çempionatına qatılıb. Mötəbər turnirdə yalnız həlledici döyüşdə - finalda məğlub olaraq Avropa çempionatının gümüş mükafatçısı olub.

Sonra isə yeniyetmələr arasında ölkədaxili ümumrespublika və regionlarda olan bir çox yarşlarda iştirak edib və mükafatçılar sırasında olub. 2016-cı ilin noyabr ayında Dağıstanda keçirilən "Çempion" klubunun açıq birinciliyində bayrağımızı qaldıraraq çempion olub.

2016-ci ilin sonlarına yaxın yeniyetmələr arasında respublika yarışında öz çəkisində (45kg) birinci olaraq Azərbaycan çempionu adına layiq görülüb. 45 kd çəki üzrə milli komandanın üzvü oldub.

2017-ci ilin fevral ayında Türkiyənin Antalya şəhərində Klubların Avropa Çempionatı və Türkish Open turnirlərinin iştirakcısı və mükafatcısı olub.

İyun ayında isə Bolqarıstanda keçirilən 10 günlük təlim-məşq toplanışının sonunda keçirilən Banosko Open turnirində gümüş medala sahib olub.

Maxachkala Open yarışının qalibi olub. Qəbələ şəhərində 5 ölkənin qatıldığı Beynəlxalq dərəcəli turnirin qalibi olaraq qızıl medallarının sayını atrırıb.

21-25 fevral 2018-ci il tarixlərində gənc və böyüklər arasında respublika çempionatı keçirilib. Bu yarışda (gənc) 48 kq çəki dərəcəsində beş döyüş keçirib və böyük hesabla rəqiblərinə qalib gələrək bir daha Azərbaycan çempionu adına layiq görülüb.

"Bu qələbəmi müəllimim, əməkdar məşqçi, idman ustası dünya və Avropa mükafatçıları yetişdirən Rəşad Məmmədova və ailəsinə borcluyam.
Dünya, Avropa və Olimpiya çempionu olmaq istəyirəm".

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş