Əsas Səhifə > Ölkə idmanı > Güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub

Güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub


30-03-2023, 18:30
Güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub


Bakı İdman Sarayında 20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatına yekun vurulub.
BrendSport.az xəbər verir ki, yarışın sonuncu – üçüncü günündə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində görüşlər keçirilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzahim Mərdanov (130 kq) bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına sahib olublar.
Çempionatda mükafatçılar sırasında yer alan güləşçilər yığma komandalara cəlb ediləcəklər.
Qeyd edək ki, aprelin 1-dən 4-dək Bakı İdman Sarayında yeniyetmə güləşçilər arasında ölkə birinciliyi təşkil olunacaq.
Geri qayıt