Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb

Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb


16-03-2023, 06:24
Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.

BrendSport.az
xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və “Neftçi” komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. “Neftçi” əsas mərhələdəki son matçında 3:2 hesablı qələbə qazanıb.
Turun son oyununda isə “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub - 3:1.
Beləliklə, əsas mərhələnin son turundan sonra “Murov” 32 xalla turnir cədvəlində birinci olub. İyirmi üç xalla “Xarı bülbül” ikinci, 15 xalı olan “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncu pillədə yer alıb.
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarı bülbül” isə üçüncü yeri tutan “Neftçi” komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final raundu isə üç qələbəyə kimi oynanılacaq.
Geri qayıt