Əsas Səhifə > Ölkə idmanı > Nazir Abşeronda vətəndaşları qəbul etdi

Nazir Abşeronda vətəndaşları qəbul etdi


11-12-2017, 22:03


Abşeron rayonu Heydər Əliyev Mərkəzində gənclər və idman naziri Azad Rəhimov Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinlərini qəbul edib. Qəbulda ümumilikdə 20-dən artıq vətəndaş iştirak edib. Qəbul əsnasında müraciətlər müxtəlif sahələri əhatə edib.

Nazirliyin mətbuat xidmətindən BrendSport.az saytına verilən məlumata görə, gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.








Geri qayıt