Əsas Səhifə > Ölkə idmanı > “Gömrükçü” İdman Klubunun boksçuları paytaxt çempionatında 6 medal qazanıblar

“Gömrükçü” İdman Klubunun boksçuları paytaxt çempionatında 6 medal qazanıblar


4-12-2017, 12:24



Azərbaycan Boks Mərkəzində boks üzrə Bakı çempionatı keçirilib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək 2 qızıl və 4 bürünc medal qazanıblar.

Elnur Muradov (49 kq) və Surət Qarayev (81 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıblar. Ramazan Babayev (52 kq), Namiq Abbasov (60 kq), Elşad Muradov (75 kq), Zeynal Rəsulov (91 kq-dan yuxarı) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, çempion adını qazanan Surət Qarayev oktyabrda Türkiyədə keçirilən Avropa birinciliyində bürünc medal əldə etmişdi.

Azərtac.az
Geri qayıt