Əsas Səhifə > Ölkə idmanı > Bakıda keçiriləcək dünya kuboku yarışlarında Braziliyanı üç gimnast təmsil edəcək

Bakıda keçiriləcək dünya kuboku yarışlarında Braziliyanı üç gimnast təmsil edəcək


8-02-2023, 14:44
Bakıda keçiriləcək dünya kuboku yarışlarında Braziliyanı üç gimnast təmsil edəcək

Braziliya milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb.

BrendSport.az
xəbər verir ki, böyüklər arasında təşkil olunacaq yarışda Braziliya üç batutçu – Rayan Dutra, Alis Qomes və Kamilla Qomes ilə təmsil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir
Geri qayıt