Əsas Səhifə > Ölkə idmanı > AFFA-nın nümayəndələri UEFA-nın seminarında iştirak ediblər

AFFA-nın nümayəndələri UEFA-nın seminarında iştirak ediblər


8-02-2023, 11:49
AFFA-nın nümayəndələri UEFA-nın seminarında iştirak ediblər

Şimali Makedoniyanın Skopye şəhərində UEFA-ya üzv assosiasiya nümayəndələrinin iştirakı ilə klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı mövzusunda regional seminar keçirilib.

BrendSport.az
AFFA-ya istinadla xəbər verir ki, seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov və ekspert Fərhad Ələkbərov iştirak ediblər.
Seminarda klubların lisenziyalaşdırması üzrə yeniliklər, Makedoniya Futbol Federasiyasında klubların lisenziyalaşdırması və gənclər futbolunun inkişafı, UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları müzakirə olunub.
Geri qayıt