Əsas Səhifə > Ölkə idmanı > “Murov” komandası MOİK-ə, “Neftçi” isə “Xarı bülbül”ə qalib gəlib

“Murov” komandası MOİK-ə, “Neftçi” isə “Xarı bülbül”ə qalib gəlib


7-02-2023, 22:45
“Murov” komandası MOİK-ə, “Neftçi” isə “Xarı bülbül”ə qalib gəlib

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan oyunlarda əvvəlcə “Murov” və MOİK komandaları üz-üzə gəliblər. Turnir cədvəlinin lideri “Murov” gərgin idman mübarizəsi şəraitində keçən görüşdən qalib ayrılıb – 3:2.
Günün digər oyununda “Xarı bülbül” komandası “Neftçi” ilə qarşılaşıb. Görüşdə “Neftçi” 3:1 hesablı qələbə qazanıb.

Hesabında 14 xal olan “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Xarı bülbül” doqquz xalla ikinci, “Neftçi” isə üç xalla üçüncüdür. MOİK hələ xal qazana bilməyib.




Geri qayıt