Əsas Səhifə > Ölkə idmanı > Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək


24-01-2023, 11:48
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

BrendSport.az
xəbər verir ki, qış fasiləsindən sonra cari ilin ilk rəsmi matçı turnirin XIX turu çərçivəsində Gəncədə oynanılacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən “Qəbələ”ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub olan “Qəbələ” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq.
Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Hazırda “Qəbələ” 25 xalla turnir cədvəlinin 5-ci, “Kəpəz” isə 12 xalla 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, XIX turun digər oyunları yanvarın 25-26-da keçiriləcək. Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (saat 14:00), “Sumqayıt” “Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni (19:00) qəbul edəcək.
Geri qayıt