Əsas Səhifə > Ölkə idmanı > AFFA-nın təşkilatçılığı ilə Şamaxıda futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı ilə Şamaxıda futbol festivalı keçirilib


16-11-2021, 16:00


AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhər stadionunda futbol festivalı keçirilib.

BrendSport.az
AFFA-ya istinadla xəbər verir ki, festivalın təşkilində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək olub.

Festivalda 120-yə yaxın qız və oğlan uşaqları iştirak edib.

Festival zamanı fərqlənən uşaqlara AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən toplar hədiyyə olunub.
Geri qayıt