Əsas Səhifə > Ölkə idmanı > AFFA-nın icraçı vitse-prezidenti Siyəzəndə aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Siyəzəndə aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb


8-10-2021, 12:20
AFFA-nın icraçı vitse-prezidenti Siyəzəndə aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Siyəzəndə təşkil olunan liqalarda iştirak edən aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.
BrendSport.az
AFFA-ya istinadla xəbər verir ki, uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edilib. Görüşə “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev və Kamran Ağayev də qatılıblar.
İcraçı vitse-prezident və futbolçular uşaqlarla söhbətləşib, onlara uğurlar arzulayıblar.
Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin, E.Məmmədov, R.Əmirquliyev və K.Ağayevin iştirakı ilə simvolik oyun keçirilib.
Geri qayıt