Əsas Səhifə > Ölkə idmanı > Xüsusi olimpiyaçılar arasında basketbol üzrə seçmə yarış keçirilib

Xüsusi olimpiyaçılar arasında basketbol üzrə seçmə yarış keçirilib


19-08-2021, 17:16
Xüsusi olimpiyaçılar arasında basketbol üzrə seçmə yarış keçirilib


Şağan Olimpiya İdman Kompleksinin meydançasında qızlar arasında basketbol üzrə seçmə yarış keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilmiş yarış xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda baş tutub.
Turnirdə ən güclü divizionda birinci yeri sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası tutub. İkinci pillədə Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat məktəbi, üçüncü yerdə isə Xəzər rayonu 1 saylı Sosial Xidmət Müəssisəsinin komandası qərarlaşıb.
Xüsusi Olimpiya proqramına uyğun keçirilən turnirdə xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisənin şagirdləri, məzunları, eyni zamanda ailələrdən olan idmançılar iştirak ediblər. Ümumilikdə, 12 komandanın qatıldığı yarış 2022-ci ilin beynəlxalq yarışlarına seçmə xarakteri daşıyır.
Geri qayıt