Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ” klubunda yeni məşqçi təyinatı gerçəkləşib

“Qəbələ” klubunda yeni məşqçi təyinatı gerçəkləşib


17-07-2021, 21:25
“Qəbələ” klubunda yeni məşqçi təyinatı gerçəkləşib

“Qəbələ” futbol klubunda yeni məşqçi təyinatı gerçəkləşib.
BrendSport az xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində çıxış edən Rasim Ramaldanov məşqçi təyin olunub. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
2016-2017-ci il mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.
Xatırladaq ki, R.Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib.
Geri qayıt