Əsas Səhifə > Ölkə idmanı > Bakının “Neftçi” klubu braziliyalı futbolçu ilə yollarını ayırıb

Bakının “Neftçi” klubu braziliyalı futbolçu ilə yollarını ayırıb


30-06-2021, 15:15


BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi sol cinah müdafiəçisi Tallison Diasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Klub rəhbərliyi braziliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.
Geri qayıt