Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” klubu növbəti transferini rəsmiləşdirib

“Neftçi” klubu növbəti transferini rəsmiləşdirib


28-06-2021, 16:07


BrendSport.az kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla ikiillik müqavilə bağlanıb.

İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək.

2015-ci ildən “Sumqayıt”da çıxış edən X.Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.
Geri qayıt