Əsas Səhifə > Ölkə idmanı > AFFA-ya müraciət etdi: "Məni kluba prezident, onu baş məşqçi göndərin"

AFFA-ya müraciət etdi: "Məni kluba prezident, onu baş məşqçi göndərin"


19-06-2021, 17:41


AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov gözlənilməz təkliflə çıxış edib.

BrendSport.az -ın məlumatına görə, o, yenidən aktif futbol həyatına dönmək istəməsi barədə federasiya rəhbərliyinə müraciət ünvanlayıb.

Uzun illər millidə və müxtəlif klublarda çalışmış və heç bir uğur əldə etməmiş Sadıqov bu dəfə gözünü «Səbail»ə dikib.

O, Bayıl təmsilçisinin prezidenti olmaq fikrinə düşüb və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdə açıq şəkildə dilə gətirib.

Komitə sədri hətta komandaanın sükanı arxasında kimi görməyi düşündüyünü də söyləyib, konkret olaraq Şahin Diniyevin adını çəkib.
Geri qayıt