Əsas Səhifə > Ölkə idmanı > Zenfira 5:0-la Avropa üçüncüsü oldu

Zenfira 5:0-la Avropa üçüncüsü oldu


19-06-2021, 11:04


Azərbaycanın qadın güləşçisi Zenfira Haşımova Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

BrendSport.az xəbər verir ki, 46 kq-da mübarizə aparan idmançı gürcüstanlı Marina Satkoevi ilə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Haşımova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) isə bürünc medal qazanıb.
Geri qayıt