Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanlı boksçu erməniyə qalib gəldi - AÇ-da

Azərbaycanlı boksçu erməniyə qalib gəldi - AÇ-da


18-06-2021, 14:18


İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə 1/16 finalda Gürcüstan yığmasının erməni əsilli üzvü Arşak Yelizbaryanla üz-üzə gəlib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız hər üç raundda rəqibini üstələyərək qalib gəlib - 3:0. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.
Geri qayıt