Əsas Səhifə > Ölkə idmanı > "Səbail" futbolçusu ilə müqaviləni uzatdı

"Səbail" futbolçusu ilə müqaviləni uzatdı


17-06-2021, 21:04



“Səbail” müdafiəçi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb.

BrendSport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Adil Nağıyev 2019-cu ilin avqustundan “Səbail”də çıxış edir.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Əfran İsmayılov və Rauf Əliyevlə də müqaviləni uzadıb.
Geri qayıt