Əsas Səhifə > Ölkə idmanı > "Dinamo" - "Neftçi" oyununun saatı açıqlandı

"Dinamo" - "Neftçi" oyununun saatı açıqlandı


17-06-2021, 10:07



“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Dinamo” (Tibilisi) ilə səfər oyununun saatı məlum olub.

BrendSport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da oynanılacaq.
Geri qayıt