Əsas Səhifə > Ölkə idmanı > Azad Rəhimov vətəndaşlarla görüşəcək

Azad Rəhimov vətəndaşlarla görüşəcək


2-11-2017, 22:45


Gənclər və idman naziri Azad Rəhimov sabah - noyabr ayının 3-də Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər.

BrendSport.az saytı xəbər verir ki, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev meydanı-1, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.


Geri qayıt