Əsas Səhifə > Ölkə idmanı > Bakıdan Eriksenə dəstək

Bakıdan Eriksenə dəstək


16-06-2021, 23:33


Avropa çempionatının Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və yarışın könüllüləri Danimarka millisinin futbolçusu Kristian Eriksenə dəstək olub.

BrendSport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.

AVRO-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristian Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunub.
Geri qayıt