Əsas Səhifə > Ölkə idmanı > “Grand Chess Tour”: Şəhriyar Məmmədyarov liderlər qrupunda mübarizə aparır

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov liderlər qrupunda mübarizə aparır


10-06-2021, 11:27



BrendSport.az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupuleskunu məğlub edərək ilk qələbəsini qazanıb. Teymur Rəcəbov isə Aleksandr Qrişuk (Rusiya) ilə heç-heçə edib.

Turun digər oyunlarında ABŞ təmsilçisi Fabiano Karuana niderlandlı Aniş Giri, onun həmyerlisi Uesli So Rumıniyanın digər şahmatçısı Boqdan-Daniel Dyak, fransalı Maksim Vaşye-Laqrav erməni Levon Aronyan ilə heç-heçə ediblər.

Qeyd edək ki, Ş.Məmmədyarov 3 xalla turnir cədvəlində U.So və A.Qrişuk ilə birgə ilk üç yeri bölüşür. Ondan yarım xal geri qalan T.Rəcəbov isə 6-cı sıradadır.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
Geri qayıt