Əsas Səhifə > Ölkə idmanı > Güləşçimiz Hacımurad Hacıyev "Poland Open" turnirində üçüncü olub

Güləşçimiz Hacımurad Hacıyev "Poland Open" turnirində üçüncü olub


10-06-2021, 11:25


BrendSport.az xəbər verir ki, ikinci yarış günündə - iyunun 9-da 61, 65, 74, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Yarışa dörddəbir finaldan start verən güləşçimiz Hacımurad Hacıyev (74 kq) iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. H.Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.

Qeyd edək ki, turnirin ilk günündə sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) də bürünc medal qazanmışdı.
Geri qayıt