Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb

“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb


8-06-2021, 19:22


BrendSport.az kluba istinadla xəbər verir ki, anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək "ağ-qara" formanı geyinəcək.

Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Muradbəyli ilə yeni müqavilə bağlamışdı.
Geri qayıt