Əsas Səhifə > Ölkə idmanı > Stolüstü tennis üzrə Azərbaycan Kuboku turnirinə yekun vurulub

Stolüstü tennis üzrə Azərbaycan Kuboku turnirinə yekun vurulub


27-10-2017, 21:23


Stolüstü tennis üzrə 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı gənclər və yeniyetmələr arasında Azərbaycan Kuboku yarışlarının final görüşlərinə oktyabrın 27-də yekun vurulub.

Bağlanış mərasimində çıxış edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın bu növünün inkişafında belə yarışların vacibliyini qeyd edib. Turnirin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan F.Məmmədov qalibləri təbrik edib.

Qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsüdə yer alan idmançılara Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyanın kubok və medalları təqdim edilib.

Azərtac.az
Geri qayıt