Əsas Səhifə > Ölkə idmanı > Dadaşov oynadı, komandası qalib gəldi

Dadaşov oynadı, komandası qalib gəldi


9-05-2021, 17:54


ABŞ birinci liqasında 2-ci turun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” doğma meydanda “Oakland Roots” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in 3:0 hesablı qələbəsiylə başa çatıb.


Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb.

Qeyd edək ki, iki oyuna 6 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.
Geri qayıt