Əsas Səhifə > Ölkə idmanı > Millimiz Avro-2021-də ilk qələbəsini qazandı

Millimiz Avro-2021-də ilk qələbəsini qazandı


8-05-2021, 22:13


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

BrendSport.az xəbər verir ki, yığmamız F qrupunun 2-ci turunda meydan sahibləri Gürcüstanla qarşılaşıb və 3:0 hesabı (25:20, 25:22,25:15) ilə qalib gəlib.

Komandamız hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Gürcüstan isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.
Geri qayıt