Əsas Səhifə > Ölkə idmanı > Güləşçimiz final görüşünə çıxmadı

Güləşçimiz final görüşünə çıxmadı


8-05-2021, 20:19



Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində səhhəti ilə bağlı final görüşünə çıxmayıb.

BrendSport.az bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənib.

25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.

Qeyd edək ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.
Geri qayıt