Əsas Səhifə > Ölkə idmanı > Dadaşovun komandasından böyükhesablı qələbə

Dadaşovun komandasından böyükhesablı qələbə


1-05-2021, 23:29


ABŞ birinci liqasında yeni mövsümə start verilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” doğma meydanda “San Dieqo Loyal” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in 4:1 hesablı qələbəsiylə başa çatıb. Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu fərqlənməyi bacarmayıb və 86-cı dəqiqədə əvəzlənib.


Qeyd edək ki, 3 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.

Geri qayıt