Əsas Səhifə > Ölkə idmanı > Döyüş növləri üzrə dünya çempionatının uşu-sanda yarışlarında ölkəmizi Fətəli İsmayılov təmsil edəcək

Döyüş növləri üzrə dünya çempionatının uşu-sanda yarışlarında ölkəmizi Fətəli İsmayılov təmsil edəcək


24-10-2017, 14:12


Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı başlayacaq.

Azərbaycan Uşu-sanda Federasiyasından bildirilib ki, yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında uşu-sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edəcək. Təmsilçimiz uşu-sanda üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi üçqat Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminovun rəhbərliyi altında yarışa qatılacaq.

Qeyd edək ki, çempionata oktyabrın 29-da yekun vurulacaq.

Azərtac.az
Geri qayıt