Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan gimnastları Avropa çempionatında 3 medal qazanıblar

Azərbaycan gimnastları Avropa çempionatında 3 medal qazanıblar


23-10-2017, 13:33


Polşanın Jeşuv şəhərində baş tutan (19-22 oktyabr) akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatı öz işinə yekun vurub.

Yarışların son günü qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı "temp" proqramı üzrə final çıxışları ilə komandamızın hesabına 3-cü bürünc medalı yazdırıblar. Cütlüyümüz şəxsi karyeralarında ilk dəfə idi ki qitə çempionatında ən güclülər arasında mübarizə aparırdı. Buna baxmayaraq, gənc akrobatlarımızın inamlı çıxışları diqqətdən kənar qalmamış və onlar 7-ci yerdən finala vəsiqə qazanmışdılar. Həlledici mərhələdə isə Abdulla və Ruhidil öz proqramlarını daha da uğurla icra edərək, medalçılar sırasında dayanmağı bacardılar.

Xatırladaq ki, Avropa çempionatında qarışıq cütlük proqramı üzrə 23 iştirakçı mübarizə aparırdı. Ölkəmizi təmsil edən hər iki cütlüyümüz - Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 4 gün boyunca davam edən həyəcanlı çıxışların sonunda komandamıza 3 mümkün finaldan ümumilikdə 3 medal qazandırdılar.

Milli.Az
Geri qayıt