Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”–“Səbail” matçı təxirə salınıb

“Qarabağ”–“Səbail” matçı təxirə salınıb


29-09-2020, 20:53
“Qarabağ”–“Səbail” matçı təxirə salınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ”–“Səbail” matçı təxirə salınıb.
BrendSport.az xəbər verir ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının oktyabrın 10-da Monteneqro ilə səfər, oktyabrın 13-də isə Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ”–“Səbail” oyununun təxirə salınmasını istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ”–“Səbail” qarşılaşması başqa tarixə təxirə salınıb.
Görüşün tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Geri qayıt