Əsas Səhifə > Ölkə idmanı > Tovuzda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib

Tovuzda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib


12-09-2020, 12:21
Tovuzda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib

Sentyabrın 12-də Tovuzda kross qaçışı üzrə Azərbaycan çempionatına start verilib.
BrendSport.az xəbər verir ki, çempionatda 100-ə yaxın atlet 8 məsafəyə qaçış üzrə mübarizə aparır.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Gəncə, Xızı, Naxçıvan, Bərdə, Xocalı və İsmayıllı komandalarının idmançıları təmsil olunur.
Qeyd edək ki, yarışa sentyabrın 13-də yekun vurulacaq.
Geri qayıt