Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başlayıb

“Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başlayıb


8-09-2020, 02:45
“Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başlayıb


“Neftçi” Futbol Akademiyasının komandaları sentyabrın 7-də yeni mövsümün hazırlığına start verib.
BrendSport.az xəbər verir ki, U-19, U-17, U-16, U-15, U-14, U-13, U-11, U-10 və qızlardan ibarət U-13 komandaları məşqlərə başlayıblar.
U-12 komandası isə sentyabrın 8-də hazırlığa start verəcək. U-13-dən (qızlar) başqa digər komandalar məşqlərini “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirlər.
Xatırladaq ki, pandemiya səbəbindən “Neftçi” Futbol Akademiyasının komandalarının məşqləri martın əvvəlindən dayandırılmışdı.
Geri qayıt