Əsas Səhifə > Ölkə idmanı > “Zirə” klubu 16 yaşlı futbolçu ilə müqavilə imzalayıb

“Zirə” klubu 16 yaşlı futbolçu ilə müqavilə imzalayıb


28-07-2020, 01:25
“Zirə” klubu 16 yaşlı futbolçu ilə müqavilə imzalayıb

Bakının “Zirə” klubu heyətinə daha bir futbolçu qatıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi Ayxan Süleymanlı ilə müqavilə imzalanıb.
On altı yaşlı futbolçu ilə anlaşma 3 illik nəzərdə tutulub. A.Süleymanlı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyur.
Qeyd edək ki, “Zirə” bunadək Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın və Şəhriyar Rəhimovu heyətinə qatıb.
Geri qayıt