Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” klubu Azərbaycan millisinin qapıçısını transfer edib

“Qarabağ” klubu Azərbaycan millisinin qapıçısını transfer edib


10-07-2020, 18:30


Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevi transfer edib.

BrendSport.az kluba istinadla xəbər verir ki, “Qarabağ” “Zirə”dən ayrılan qapıçı ilə müqavilə imzalayıb.

Qeyd edək ki, E.Balayev “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Ayntraxt” (Almaniya), “Qarabağ”, “Səbail” və “Tobol” (Qazaxıstan) klublarının da formasını geyinib.
Geri qayıt