Əsas Səhifə > Ölkə idmanı > AFFA yeni hakimləri təsdiq edib

AFFA yeni hakimləri təsdiq edib


2-07-2020, 20:00


AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Rəşad Əhmədov Premyer Liqaya referi, Kamran Bayramov isə referi köməkçisi kimi təyinat alıb. Tural Qurbanov Birinci divizionda referi kimi ədaləti qoruyacaq. Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov referi köməkçisi olacaqlar.
Geri qayıt