Əsas Səhifə > Ölkə idmanı > Kişi voleybolçularımız Avropa çempionatının seçmə mərhələsinin görüşlərini Gürcüstanda və Monteneqroda keçirəcəklər

Kişi voleybolçularımız Avropa çempionatının seçmə mərhələsinin görüşlərini Gürcüstanda və Monteneqroda keçirəcəklər


30-06-2020, 15:16


Gələn il keçiriləcək kişilər və qadınlar arasında voleybol üzrə Avropa çempionatlarının koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan seçmə oyunlarının tarixi müəyyənləşib.

BrendSport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) seçmə mərhələnin turnirləri üçün ilkin vaxtları açıqlayıb. Əvvəlcədən bu ilin avqust və sentyabr aylarına planlaşdırılan qarşılaşmalar 2021-ci ildə keçiriləcək. Qadınlardan ibarət Azərbaycan millisi birbaşa final mərhələsinə qatılacaq.

Kişi voleybolçularımız isə seçmə mərhələdə mübarizə aparacaqlar. Yığmamız F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan seçmələri ilə üz-üzə gələcək. Bu qrupda I dövrənin ilk qarşılaşmaları yanvarın 7-10-da Gürcüstanda təşkil olunacaq. Bir həftə sonra – ayın 14-17-də komandalar mübarizəni Monteneqroda davam etdirəcəklər.

Qeyd edək ki, seçmə mərhələ əvvəlki illərdə ev-səfər prinsipi ilə keçirilirdi
Geri qayıt